Birinci Avropa Oyunları ilə əlaqədar respublikamıza gələcək qonaqların Azərbaycanın tarixi abidələri ilə tanış olunması, ekskursiyaların təşkili və digər məsələlər nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev Publika.az-a açıqlamasında bildirib ki, bu işlərlə məşğul olmaq üçün xüsusi adamlar ayrılacaq. Həmin şəxslərin vasitəsilə Bakının tarixi abidələrinə xüsusi ekskursiyalar təşkil olunacaq.
Xidmət bununla bağlı bir sıra təkliflər irəli sürüb. Ekskursiyalarda idmançılardan çox azarkerşlərin - turistlərin daha fəal iştirak edəcəkləri ehtimal olunur.
Qeyd edək ki, Bakıda 1956 tarixi-mədəni abidə var.