8 İyun 2015 16:57
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ilk Avropa Oyunlarında iştirak edəcək güləş üzrə yığma komandalarımızın heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, 13-14 iyun tarixlərində mübarizəyə aparacaq yunan-Roma güləşçilərinin yarışında ölkəmizi Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcəklər.

İyunun 15-16-da qadın güləşçilərin yarışında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) mübarizə aparacaqlar.

Güləş yarışlarının son günündə mübarizəyə qoşulacaq sərbəst güləş yığmamızın heyətində Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıblar.

Qeyd edək ki, Bakı-2015-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.


Müəllif: