Bakı-2015 Avropa Oyunlarının təşkili qüsursuz idi. Bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib.
Səfir bildirib ki, Oyunların açılış və bağlanış mərasimlərinin baxımlı və eleqant olmasından böyük zövq alıb.
Diplomat qeyd edib ki, Oyunlar barədə çox gözəl təəssüratları yaranıb: "Azərbaycanı bu uğur münasibətilə təbrik etmək istəyirəm. I Avropa Oyunları ölkə üçün bir çox aspekt baxımından vacib hadisə oldu".
C.Kutillo diqqətə çatdırıb ki, ilk Avropa Oyunlarında İtaliya medalların sayına görə altıncı ölkə olub: "Komandamız 10 qızıl medal qazandı, bu olduqca yaxşı nəticədir. I Avropa Oyunları bir çox gənc atlet üçün imkanlar yaratdı".