5 İyul 2015 23:35
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda birinci Avropa Oyunlarının bürünc mükafatçısı, Almaniyadan olan yunan-Roma güləşçisi Ramzin Azizsir AZƏRTAC-a müsahibəsində Oyunların təşkili barədə yüksək fikirdə olduğunu bildirib.

O deyib: “Hər şey çox peşəkarcasına təşkil edilmişdi. Həqiqətən təşkilatçılar birinci Avropa Oyunlarının unudulmaz olması üçün çox çalışmışdılar. Ümumiyyətlə, birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük imtiyazdır. Bu imtiyaz da Azərbaycana nəsib olub. Azərbaycan haqlı olaraq bununla fəxr edə bilər”.

İdmançı etiraf edib ki, zəngin Azərbaycan mədəniyyətinin və tarixinin bütöv spektrinin təqdim olunduğu Oyunların açılış və bağlanış mərasimləri onda böyük təəssürat oyadıb.

İdman obyektlərini və Atletlər Kəndini də yüksək qiymətləndirən güləşçi deyib: “Bakı Yay Olimpiya Oyunlarını qəbul etməyə tam hazır vəziyyətdədir. Yeni stadion çox rahat, müasir və yaraşıqlıdır. İdmançıların Atletlər Kəndində yaşayış şəraiti də tam qənaətbəxşdir. Mən heç bir rahatsızlıq hiss etmədim”.

Ramzin Azizsir deyib ki, yarışlara ciddi hazırlaşıb. Amma rəqibləri də çox hazırlıqlı olublar. Buna görə də bürünc medal qazana bilməsindən məmnundur.

Sonda Azərbaycan xalqına firavanlıq və yeni nailiyyətlər arzulayan idmançı deyib: “Könüllülərin fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Çox nəzakətli və daim kömək etməyə hazır idilər. Azərbaycanda yeni dostlar tapdım. Mən mütləq Bakıda qayıdacağam. Həm rinqdə döyüşmək üçün, həm də turist kimi.


Müəllif:

Oxşar xəbərlər