“Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar İçərişəhərdə yerləşən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı hər gün (1iyundan – 30 iyunadək) saat 11:00-dan 21:00-dək üçnövbəli iş rejimində çalışıb.
İnstitutun şöbə müdiri, Fərhad Quliyevin verdiyi xəbərə görə, Avropa Oyunları zamanı Muzey-sərgi zalının 2000 nəfər ziyarətçisi olub: “ Muzeylə tanış olan ziyarətçilər həm yerli, həm də xarici ölkə vətəndaşlarından ibarət idi. Muzey-sərgi zalını ziyarət edən qonaqlara Azərbaycan, ingilis, fransız və rus dillərində xalqımızın zəngin maddi-mənəvi tarixi keçmişi barədə əyani eksponatların timsalında geniş məlumat verilib.
Onu da qeyd edim ki, “Bakı-2015” Avropa Oyunları ərzində Muzey-sərgi zalının məhsuldar fəaliyyəti yerli və əcnəbi KİV tərəfindən dəfələrlə işqılandırılıb”.
SEVİL