6 İyul 2015 10:17
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq.

Sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.

"Arts Council Azerbaijan" təşkilatından verilən məlumata görə, oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotoların nümayiş olunacağı sərgi iyulun 22-dək davam edəcək.

Tədbirdə 16-30 iyun tarixlərində keçirilmiş fotomüsabiqənin qalibləri mükafat və diplomlarla təltif olunacaqlar.


Müəllif:

Oxşar xəbərlər