7 İyul 2015 23:07
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunlarında təmsil olunmuş italiyalı karateçilər uğurlu çıxışları ilə yadda qalıblar. Təcrübəli və güclü karateçilərin iştirak etdikləri gərgin qarşılaşmaların medalçıları arasında 22 yaşlı italiyalı idmançı Mattia Busato da var idi.

Komandasına gümüş medal qazandıran karateçi Bakıdakı möhtəşəm atmosferin onu heyran etdiyini bildirib: “Bakıda Avropa ölkələrindən, o cümlədən İtaliyadan bir sıra Olimpiya Oyunlarının çempionları mübarizə aparırdılar. Bu da yarışları daha da həyəcanlı və gərgin edirdi. “Bakı-2015” ilə Yay Olimpiya Oyunları arasında heç bir fərq görmədim. Tədbir bütün aspektlərdən Olimpiya Oyunlarını xatırladırdı: möhtəşəm idman obyektləri, müasir şəhər, Dubayı xatırladan meqapolis, neft və qaz ehtiyatları ilə zəngin bir ölkə”.

“Bakı-2015”də əldə etdiyi nəticədən razı qaldığını vurğulayan Mattia Busato deyib: “Yarışlar mənə böyük təcrübə qazandırdı. Qızıl medala çox yaxın idim, lakin finalda etdiyim səhvlər məğlubiyyətimə səbəb oldu. Bu Oyunlarda topladığım güc və təcrübə ilə növbəti beynəlxalq turnirlərə daha həvəslə hazırlaşacağam”.

Xatırladaq ki, Mattia Busato 2012-ci ildə keçirilmiş karate üzrə dünya çempionatının qalibidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər