7 İyul 2015 00:27
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Bakıda başa çatan birinci Avropa Oyunlarında Belçikanı təmsil edən idman akrobatikası üzrə Kaat Dumarey, İneke van Şoor və Jüli van Gelderdən ibarət üçlük üç qızıl medal qazanıb. Onların birinci medalı bu Oyunlarda Belçika milli komandası üçün də ilk medal olub. Bəlkə də buna görə qaliblərdən biri İneke van Şoor öz medalını “ən nüfuzlu” medal adlandırıb (http://deredactie.be/cm/vrtnieuws.english/sports/1.2371482).

Onun tərəf-müqabillərindən biri Kaat Dumarey Bakıda məşqlər və çıxışlar üçün yaradılan gözəl şəraitdən danışıb. İdmançı AZƏRTAC-a müsahibəsində deyib: “Birinci Avropa Oyunlarında çıxış etdiyimizə, qızıl medalımızın isə bu Oyunlarda Belçikanın ilk qızıl mükafatı olduğuna görə sevincimin həddi-hüdudu yoxdur”.


Müəllif:

Oxşar xəbərlər