8 İyul 2015 01:10
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak etmək mənim üçün qürurverici idi.

Bu sözləri Böyük Britaniyanın su polosu komandasının kapitanı İzzy Dean jurnalistlərə müsahibəsində söyləyib.

“Bakı-2015”in komandası üçün möhtəşəm başlanğıc olduğunu vurğulayan İzzy Dean deyib: “Bir çox yarışlarda iştirak etməyimizə baxmayaraq, birinci Avropa Oyunlarından çox şey öyrəndik və bu, gələcək karyeramız üçün böyük təcrübə oldu”.

“Avropa Oyunları ilk dəfə keçirildiyi üçün heç birimizin yarışlar haqqında təsəvvürümüz yox idi. Lakin tam əminliklə deyə bilərəm ki, “Bakı-2015” bütün gözləntilərimizdən daha möhtəşəm oldu”, - deyə İzzy Dean bildirib.


Müəllif: