Bakı 2015 İlk Avropa Oyunlarına rəsmən start verilib.
Teleqraf.com xəbər verir ki, bu Oyunlarda tarixə Azərbaycanı təmsil edən ilk iştirakçılar kimi düşən sinxron üzgüçülər Tatyana Nikitina və Yekaterina Valiulina ilk çıxışdan sonra jurnalistlərə açıqlama veriblər. Həyəcanlı olan xanım idmançılar bir-iki cümləylə hisslərini bölüşüblər:
“Azərbaycanı təmsil etdiyimiz üçün qürur hissi keçiririk. Çox həyəcanlıyıq. Azərkeşlərin dəstəyi bizi ruhlandırdı".