"Oyunlarda tamaşaçıların çox olması sevindirici haldır. Voleybol yarışılarına 17 mindən çox azarkeş qatılıb. Hətta onları "Christal Hall"a çatdırmaq üçün avtobus çatmayıb".
Teleqraf.com-un məlumatına görə, bunu I Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru əməliyyat üzrə rəhbəri Saymon Kleq bildirib.
Kleq bildirib ki, Avropa Oyunlarının bağlanış mərasimi üçün bu günə qədər 8 min bilet satılıb:
“Açılış mərasiminin möhtəşəm keçməsi, biletlərinin daha tez satılmasına təsir göstərib. Artıq bağlanış mərasimi üçün 8 min bilet satılıb. Avropa Oyunları üçün ümumilkdə 2 milyon bilet çap etdirilib".
Saymon Kleq oyunların gedişatından razılığını bildirib: "Bu gün daha 494 nəfər Bakıya gələcək. Dünən yarışı bitənlər isə Azərbaycanı tərk edəcəklər. Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək. Sabah Milli Qurtuluş günü ilə əlaqədar tamaşaçıların daha çox olacağını düşünürük”.
İlhamə