16 İyun 2015 12:57
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər arasında səngər stendi yarışının təsnifat mərhələsi də başlayıb.

Bu mərhələdə Azərbaycan idmançılarından Elvin İsmayılov və Əlmirzə Quliyev mübarizə aparacaq.

10:24

Kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş yarışının təsnifat mərhələsi başlayıb.

Bu mərhələdə 35 idmançı mübarizə aparır. Yarışda Azərbaycan idmançısı iştirak etmir.

09:44

İyunun 16-da Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışları başlayıb.

İyunun 22-dək davam edəcək yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəş açmaq, o cümlədən kişilər və qadınların səngər stendi yarışları keçirilir. Kişilər arasında səngər stendi yarışının ilk təsnifat mərhələsində Azərbaycanı Elvin İsmayılov və Əlimirzə Quliyev, qadınların yarışında isə Alina Rafiqxanova təmsil edir.

Yeddi yarış günündə ümumilikdə 210 kişi və 120 qadın idmançı 19 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışlar 9 kişi, 6 qadın və 4 qarışıq komanda halında keçiriləcək. Bu idman növündə Azərbaycanı 10 idmançı təmsil edir.

Bununla yanaşı, 15 fərdi yarışın qalibləri birbaşa “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Meftəhəddinova qızıl medal qazanıb.


Müəllif: