17 İyun 2015 20:40
2 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüşdən sonra mükafatların təqdimetmə mərasimi oldu.


Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.


Qələbə münasibətilə Azərbaycan dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı.

20:00

Toğrul Əsgərov 65 kq çəki dərəcəsində qızıl medalın sahibi oldu.

Qeyd edək ki,Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Toğrul Əsgərovun mübarizəsini arenada izləyirdi.

19:44

Toğrul Əsgərov qızıl medal uğrunda mübarizəyə başladı. İdmançımız finalda italiyalı Frank Markezlə görüşür.

19:16


57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə təmsilçimiz Yaşar Əliyev Türkiyə idmançısı Sezer Akgullə qarşılaşıb.


Teleqraf.com xəbər verir ki, idmançımızı birinci hissənin ilk dəqiqəsi bitmədən 2 xalı aktivinə əlavə edə bilib. İlk hissədə 3:0 qalib gələn idmançımız növbəti taymda bu üstünlüyü qoruya bilməyib. Hesab qardaş ölkə təmsilçisinin olub. – 8:3 . Türkiyə təmsilçisi kürəyində həm Azərbaycan həm də Türkiyə bayrağı ilə dövr edib.

18:53

1/2 finalda güləşçimiz Toğrul Əsgərov (65 kq) rəqibi Belarus idmançısı Azamat Nurikovla görüşüb.
Birinci dəqiqədə ilk xalı Toğrul Əsgərov qazanıb. Təmsilçimiz aktivinə 1 xal yazdırıb.
Əsgərov daha bir xalı aktivinə yazdıraraq birinci hissəni 2:0 bitirib. Ancaq növbəti taymda rəqib idmançı güləşçimizdən 1 xal alıb hesabı 2:1 etsə də, Toğrul daha bir fəndlə aktivindəki xalı artırıb - 4:1.

Növbəti xal rəqibin hesabına əlavə olunsa da (4:2), idmançımız sona qədər əzmkarlığını qoruyub.
Beləliklə, gərgin davam edən mübarizədən təmsilçimiz üzü ağ çıxıb - 7:2. Toğrul Əsgərov finala vəsiqə qazanıb.

13:50

Yarımfinalda güləşçimiz Yaşar Əliyev (57 kq) Rusiya idmançısı Viktor Lebedev ilə qarşılaşıb.


İdmançımız bu görüşü 1:3 hesabla məğlub bitirib.

13:25

1/4 finalda güləşçimiz Toğrul Əsgərov (65kq) fransız Maksim Fiquet ilə qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan olimpiya çempionumuz görüşü tam qələbə ilə başa vurub - 10:0.

13:05

1/4 final mərhələsində təmsilçimiz Xetaq Qazyumov (97 kq) Belarus idmançısı İbrahim Saidau ilə qarşılaşıb.
İdmançımız görüşü 2:1 hesablı qələbəylə başa vurub və yarımfinala vəsiqə qazanıb.

12:35

1/4 finalda təmsilçimiz Yaşar Əliyev (57 kq) erməni idmançısı Qarik Barseqyanyla qarşılaşıb. Görüşün ilk dəqiqələrində idmançımız 6:0 öndə olub. Ancaq rəqib idmançı Yaşardan 2 xal ala bilsə də, güləşçimiz də boş dayanmayıb. Aktivinə 2 xal əlavə edərək hesabı 8:2 edib.

Erməni idmançı daha 2 xal qazansa da, bunun ona xeyri olmayıb. Çünki güləşçimiz görüşü 10:6 hesabla qalib bitirə bilib.

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları başlayır. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda xalça üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq.

Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.

57 kq

1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (Fransa)

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov

74 kq
1/8 final - Mihaly Nagy (Macarıstan) - Cəbrayıl Həsənov

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov

XXX

Toğrul Əsgərov 1/8 finala vəsiqə qazanıb

Təmsilçilərimizdən xalça üzərinə ilk olaraq 1/8 final mərhələsində 65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov çıxıb. O, Rusiya güləşçisi İlyas Bekbulatovla qarşılaşıb.

Gərgin mübarizəşəraitində keçən görüşdə Olimpiya çempionumuz rəqibinə 8:7 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb. Onun 1/8 finaldakı rəqibi Moldova təmsilçisi Mihail Savadır.

XXX

Xetaq Qazyumov növbəti mərhələdə

Azərbaycan 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov 1/16 finalda Polşa idmançısı Radoslav Baranla üz-üzə gəlib.

Olimpiya oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumov rəqibinə heç bir şans verməyib və vaxtından əvvəl 10:0 hesabı ilə tam qalib gələrək 1/8 finala vəsiqə əldə edib.

Növbəti mərhələdə onun rəqibi Moldova güləşçisi Nikolai Çeban olacaq.

XXX

Yaşar Əliyev 1/4 finalda

Ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/8 finalda Fransa idmançısı Zoheir El Ourraqe ilə qarşılaşıb.

2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Yaşar Əliyev rəqibindən daha üstün güləş nümayiş etdirərək 9:4 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb. Yaşar Əliyevin növbəti mərhələdəki rəqibi Ermənistan güləşçisi Qarik Barseqyan olacaq.

XXX

Toğrul Əsgərov 1/4 finala vəsiqə qazanıb

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov 1/8 finalda Moldova təmsilçisi Mihail Sava ilə qarşılaşıb. Rəqibindən açıq-aşkar olan pəhləvanımız vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələrən 1/4 finala vəsiqə əldə edib.

XXX

Cəbrayıl Həsənov da 1/4 finala çıxdı

74 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Cəbrayıl Həsənov 1/8 finalda macarıstan təmsilçisi Mihali Nagi ilə üz-üzə gəlib.

İkiqat Avropa çempionumuz, Dünya çempionatının bürünc mükafatçısı Cəbrayıl Həsənov ilk qarşılaşmasında rəqibindan hərtərəfli üstün olaraq vaxtından əvvəl 10:0 hesabı ilə tam qələbə qazanaraq növbəti mərhələyə çıxıb.

XXX

Cəbrayıl Həsənov uduzdu

74 kq çəki dərəcəsində mübarizə aparan güləşçisimız Cəbrayıl Həsənov 1/4 final mərhələsində Türkiyə güləşçisi Soner Demirtaşla üz-üzə gəlib.

Qardaş ölkə təmsilçisi ilə qarşılaşmada güləşçimiz 3:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.


Müəllif:

Oxşar xəbərlər