18 İyun 2015 19:01
4 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunlarında 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Kollazo Sotomayor 1/16 finalda sloveniyalı Edin Seydinoviç üzərində qazandığı qələbədən danışıb.

Teleqraf.com-a açıqlamasında təmsilçimiz görüşün çətin keçdiyini bildirib: "Boksda asan döyüş olmur. Qalib gəlmək üçün çox əziyyət çəkmək lazımdır".


Növbəti mərhələdəki rəqibinin güclü olduğunu qeyd edən idmançı özünü ondan daha yaxşı hesab etdiyini deyib: “Rinqə çıxan hər boksçu qalib gəlmək istəyir. Daha yaxşı hazırlaşan və güclü olan qalib gəlir. Rəqibim moldovalı idmançı olacaq. Güclü idmançı olsa da özümü ondan yaxşı hesab edirəm. Qızıl medalı qazanacağıma inanıram".

Qeyd edək ki, Lorenzo Sotomayorun növbəti mərhələdəki rəqibi Moldova təmsilçisi Dmitri Qalaqot olacaq. Görüş iyunun 21-də keçiriləcək.

Uğur


Müəllif: