20 İyun 2015 14:16
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, qızıl medal uğrunda Ukrayna, Türkiyə, Slovakiya, İslandiya və Almaniya idmançıları ilə mübarizədə 192.2 xalla birinciliyi təmin edib.

İkinci yerə slovakiyalı Pavol Kop, üçüncü yerə isə türkiyəli Abdullah Ömər Alimoğlu çıxıblar.

M.Damir cari ildə Avropa çempionatında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışında ikinci yeri tutub. 2009-cu ildə dünya çempionatında ikinci yerə çıxan serbiyalı atlet 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının da iştirakçısı olublar.

Bundan başqa, o, birinci Avropa Oyunlarında kişilər arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının da qalibi olub.

Sonra qaliblərə medallar təqdim edilib.

12:43

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının yarımfinalında çıxış edəcək idmançıların adları məlum olub.

Yarımfinalda avstriyalı Silviya Steyner, bolqarıstanlı Antoaneta Boneva, rusiyalı Yuliya Alipova, ukraynalı Olena Kosteviç, almaniyalı Monika Karş, Munkhbayar Dorjsuren, ispaniyalı Sonya Franqet, isveçrəli Heydi Diethelm Gerber mübarizə aparacaqlar.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında Azərbaycanı təmsil edən İradə Aşumova 15-ci yeri tutaraq mübarizəni dayandırıb.

11:12

Kişilər arasında 50 metrdən tapança ilə atəşaçma yarışının finalçıları məlum olub.

Bu yarışın təsnifat mərhələsindən finala ukraynalı Oleq Omelçuk, Türkiyədən Yusuf Dikecek, Abdullah Omer Alimoğlu, Slovakiyadan Juraj Tuzunski, Pavol Kopp, Serbiyadan Mikeç Damir, İslandiyadan Asgeir Siqurqeirsson və Almaniyadan Florian Şmidt vəsiqə qazanıblar.

Yarışda ölkəmizi təmsil edən Rəsul Məmmədov təsnifat mərhələsində çıxışını dayandırmalı olub.

10:45

Kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb. Bu mərhələdə 31 idmançı mübarizə aparır. Yarışda ölkəmizi Rəsul Məmmədov təmsil edir.

Kişilər arasında dairəvi stend yarışında Azərbaycan idmançılarından Paşa Ahadpur Xangah və Emin Cəfərov mübarizə aparır.

Artıq qadınlar arasında dairəvi stend yarışının təsnifat mərhələsi də start götürüb. Burada Azərbaycan idmançısı Nurlana Cəfərova medal uğrunda mübarizə aparır.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının sürətli atəş hissəsində ölkəmizi İradə Aşumova təmsil edir.

10:30

Bakı, 20 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC

İyunun 20-də Bakı Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının beşinci gününün yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, bu gün kişilər və qadınlar arasında dairəvi stend, qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçmanın sürətli atəş hissəsi və kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışları keçiriləcək.

Qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma yarışında ölkəmizi İradə Aşumova təmsil edir.

Qadınlar arasında dairəvi stend yarışında Azərbaycan idmançılarından Nurlana Cəfərova mübarizə aparacaq.

Kişilər arasında dairəvi stend yarışında Azərbaycanı Paşa Ahadpur Xangah və Emin Cəfərov, kişilər arasında 50 metrdən tapança ilə atəş yarışında isə Rəsul Məmmədov təmsil edəcək.


Müəllif: