9 İyun 2016 11:56
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda səhər saatlarında iki ardıcıl partlayış baş verib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 25 nəfər həyatını itirib, 60 nəfər yaralanıb.

Məlumatlara görə, insident kamikadzelərin özlərini partlatması nəticəsində baş verib: "Birinci hücum paytaxtın cənubundakı Ət-Taci hərbi bazası yaxınlığında, digəri isə Bağdadın şərqində baş verib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib".

BMT-nin hesabatında bildirilir ki, ötən ay İraqda terrorçuların hücumları zamanı 870 insan həyatını itirib, 1450 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər