İran İslam Respublikası prezidentinin siyasi məsələlər üzrə məsul şəxsi Həmid Əbutalibi İngiltərənin Avropa Birliyindən (AB) çıxmasını İran üçün tarixi fürsət adlandırıb.
Teleqraf.com İran mediasına istinadla xəbər verir ki, Həmid Əbutalibi Tvitter səhifəsində bu fürsətdən yararlanmağın lazım olduğunu yazıb.
İran rəsmisi Avropada böyük bir zəlzələ baş verdiyini bildirib: "Avropa Birliyinin ulduzları sönməkdə, Cənubi Avropa ölkələrindəki iqtisadi böhran, terrorizm və miqrant problemi AB-nin dağlmaqda olduğunu göstərir. Brexit ilə süqut dominosu başlayır".
Əbulalibi Avropa xalqlarının uzun zamandan bəri AB-yə etibarını itirdiklərini, yeni prosesin başqa ölkələrə güc, sabitlik və rifah qazandıracağını bəyan edib.
Mahir