Liviyadakı Milli Birlik Hökumətinin 4 naziri istefa verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, istefanın dəqiq səbəbləri açıqlanmır.
İstefa verənlər ədliyyə naziri Cuma Abdulla əd-Dərsi, maliyyə naziri Fahir Miftah Əbu Fərnə, iqtisadiyyat və sənaye naziri Abdulmatlub Əhməd Buferve və daxili işlər naziri Abdulcavad Farac əl-Ubeydidir.
Samir