4 İyul 2016 01:12
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ilə münasibətləri normallaşdırdığı üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edən İnsan Haqları və Azadlıqları Hümanitar Yardım Vəqfi (İHH) ölkə başısından üzr istəyib.

İHH-nın mətbuat xidmətindən verilən məlumata görə, öncəki tənqidi açıqlamada yer almış "İsrailə bürünən çılpaq qalar" ifadəsi Fələstin atalar sözüdür.

İfadəmiz yanlış anlaşıldığı üçün hər kəsdən üzr istəyirik.

Qeyd edək ki, həmin ifadədən sonra Ərdoğan İHH-ni nəzərdə tutaraq “20 milyonluq təzminatı alırsız. Gedərkən məndən icazə almışdınız?” deyə bildirib.

Ruslan


Müəllif:

Oxşar xəbərlər