Almaniya müdafiə nazirliyinin sözçüsü İngo Gerhard Türkiyədə “Patriot”lara aid radar sisteminin qalma müddətinin üzadılmasını istisna etməyib.
Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, bu müdafiə sistemləri 14 dekabr 2012-ci il tarixində qurulub və Suriyadan mümkün hərbi-kimyəvi hücum təhlükəsini neytrallaşdırmaq məqsədi daşıyır.
NATO-ya məxsus “Patriot” sistemləri Türkiyə hüdudlarında iki il müddətinə yerləşdirilib və 2015-ci ildə, yanvarın 31-də bu müddət başa çatır. Gerhard vurğulayıb ki, ehtiyac, zərurət olduqda müvafiq müdafiə sistemlərinin qalması müddəti uzadıla bilər.
NATO qiymətləndirmələrinə görə, kimyəvi silahların məhv edilməsinin ardından Suriyadan gələn təhlükənin azaldığını ifadə edən Gerhard riskin hələ də davam etdiyinə diqqəti çəkib.
Nail Cəlil