İŞİD terror qruplaşması 2016-cı ilin ilk yarısında İraq və Suriyada nəzarət etdiyi ərazilərin 12 faizini əldən verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq Müdafiə Şurası məlumat verib. İŞİD-in əraziləri 68,300 kv km qədər azalıb. İtkilər xaricdə dinc insanlara qarşı terror hücumlarının sayının artmasına səbəb olub.
2015-ci ilin yanvarından sonra İŞİD İraq və Suriyada təxminən 90,800 kv km əraziyə nəzarət edib. Dekabr ayına qədər bu ərazilər 78,000 kv km qədər azalıb.
Ondan sonra isə qruplaşma 9,700 kv km ərazi itirib və indi 68,300 kv km əraziyə nəzarət edir.