Ötən il kimya sahəsində Nobel mükafatını qazanan türkiyəli alim Əziz Sancar daha bir ilkə imza atıb.
Moderator.az xəbər verir ki, professor “Amerikanın qüruru” mükafatına layiq görülüb. Qeyd edək ki, rəsmi adı “Möhtəşəm miqrantlar:Amerikanın qüruru” olan mükafat adından da göründüyü kimi ABŞ-da miqrant həyatı yaşayan elm, sənət, mədəniyyət xadimlərinə verilir. Həmin mükafatı alanların siyahısında 30 ölkədən 42 məşhur miqrantın adı var. Əziz Sancar bu mükafatı qazanmaqla Türkiyə tarixində daha bir ilkə imza atıb.