13 İyul 2016 20:54
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞT) Koalisiyası növbədənkənar Ümumi Yığıncağa hazırlaşır. Teleqraf.com-un əldə etdiyi məlumata görə, koalisiya üzvləri bununla bağlı təşəbbüslə çıxış ediblər.

Növbədənkənar Ümumi Yığıncağın keçirilməsinə əsas kimi QHT koalisiyasının siyasiləşməsi, siyasi birliklərin təsir altına düşməsi göstərilir. Əsasnamənin 5.1 maddəsinə əsasən koalisiya üzvləri bu halda yenidən Ümumi Yığıncağın keçirilmə təşəbbüsü ilə çıxış edə bilərlər.

Koalisiya üzvləri hesab edirlər ki, Şurada təmsil olunan şəxslərin əksəriyyəti siyasi birliklərin üzvləri olmaqla bərabər, QHT-dəki fəaliyyətlərini müxalifətdə olan partiyaların kursuna uyğunlaşdırır, siyasi təşkilatların rəhbərliyinə hesabat verirlər. Buna misal kimi bir müddət öncə Şura üzvü Oqtay Gülalıyevin Milli Şuraya hesabat-müraciəti göstərilir. Koalisiyanın Monitorinq Qrupu baş verənlərlə bağlı O.Gülalıyevin üzr istəməsi barədə qərar qəbul etsə də, Şura qərarın əleyhinə çıxıb.

Koalisiyanın siyasiləşməsinə etiraz olaraq qurumun yaradıcılarından olan Sabit Bağırov üzvlükdən istefa verib.

Artıq Koalisiya üzvləri ərizə yazaraq növbədənkənar Ümumi Yığıncağın keçirilməsini tələb edirlər. Əsasnaməyə görə, Ümumi Yığıncağın keçirilməsi üçün üzvlərin beşdə bir hissəsi təşəbbüs irəli sürməlidir. Bununla bağlı artıq kifayət qədər müraciət qəbul olunub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər