Türkiyə Hava Qüvvələrinin sabiq komandanı Akin Öztürk Vətənə xəyanət maddəsi ilə məhkəməyə çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, uğursuzluğa düçar olan hərbi çevrilişə cəhdə görə general ittiham olunacaq.
Akın Öztürklə yanaşı general Metin İyidli haqqında da Vətənə xəyanət ittihamı ilə istintaqa başlanılıb.
Generallarla bağlı araşdırma Ankara Prokurorluğunda aparılır.
Çevriliş cəhdinin uğursuzluğundan sonra Türkiyə Silahlı Qüvvələrinin 1300 nəfər əsgər və zabiti həbs edilib.
Xatırladaq ki, dünən axşam saatlarından başlayaraq Türkiyə Silahlı Qüvvələrinin bir qrup zabit və əsgəri qanuni hakimiyyəti hərbi yolla devirməyə cəhd edib.
Nemət