İrəvanda Sarkisyan rejimi onun siyasətindən narazı olan müxalifətçilərin həbsinə göstəriş verib.
Teleqraf.com "RİA.Novosti"yə istinadən xəbər verir ki, müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyan qardaşlarının barəsində həbs qəti-imkan tədbiri seçilib.
20-dən artıq vətəndaşın şərlənərək həbs edildiyi bildirilir. Onların bəzisinin yeri gizli saxlanılır. Saxlanılanların yaxınları onara işgəncə verilməsindən narahatdırlar. Son iki gündə Ermənistanda siyasi fəallar polis və milli təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılırlar.
Ayxan