Rusiya hökuməti Türkiyəyə təyyarə uçuşlarına qoyduğu qadağanı aradan qaldırıb. Bu haqda Türkiyənin hurriyet.com.tr saytı xəbər yayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə tərəfi təhlükəsizlik təminatını verdiyi üçün qadağa ləğv edilib.
Açıqlanan xəbərdə bildirilib ki, Rusiya hava yolu şirkətlərinin 22 iyuldan etibarən əvvəlki qaydada Türkiyəyə səfərlərə başlaya bilər.
Xatırladaq ki, Rusiya tərəfi Türkiyəyə səfər qadağasını iyulun 16-dan tətbiq edirdi. İyulun 16-dan etibarən Rusiyaya məxsus mülki təyyarələr ancaq Türkiyədə olan vətəndaşlarını geri gətirmək məqsədilə Türkiyə istiqamətində uçuşlar həyata keçirirdi. Rusiyadan Türkiyəyə getmək istəyən vətəndaşlara isə qadağa tətbiq edilirdi.
Cavad