Türkiyədə 300 hərbçi saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə “Milliyet” xəbər verib.
Məlumata əsasən, Türkiyə Prezident Administrasiyası Mühafizə Alayında keçirilən əməliyyat nəticəsində 300 hərbi qulluqçu saxlanılıb.
Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.