"Belarus hakimiyyətinə qarşı seçkilərdə vuruşmaq olar".
Axar.az Belarus mətbuatına istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
Onun sözlərinə görə, insan sərbəst şəkildə öz fikrini deməlidir: “Biz heç kimin ağzını bağlamırıq. Əgər tənqid etmək istəyirsinizsə, buyurun. İnsan gərək sərbəst şəkildə öz fikrini desin. Heç vaxt, heç nədən çəkinməyin. Mənim haqqımda kimə istəyirsinizsə, danışın, amma yadda saxlayın ki, Belarus hakimiyyətinə qarşı yalnız seçkilərdə vuruşmaq olar. Parlament və prezident seçkisi olacaq, gedin, istədiyiniz adama səsinizi verin. Mən sizə söz verirəm ki, bunun üçün sizə imkan yaradacağam. Bizə Ermənistan və Qazaxıstandakı olduğu kimi bir qrup insan tərəfindən əhalinin küçələrə tökülməsi gərək deyil. Bu xəstəlikdir”.