24 İyul 2016 20:34
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya dopinq qalmaqalından sonra Rio 2016 Olimpiya Oyunlarında iştirakla bağlı ümumi qadağa qoyulmayacaq.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunun əvəzində Beynəlxalq Olimpiya Komitəsi (BOK) iştirakla bağlı qərar verməni ayrı-ayrı idman qurumlarına buraxacaq.

Qərar kanadalı professor Riçard McLarenin Rusiyada 2011-2015-ci illərdə dövlət səviyyəsində maliyələşdirilən dopinq proqramının mövcudluğunu iddia etməsindən sonra verilib.
Rio Oyunları avqustun 5-də başlayır.

Oyunlarda iştirak etmək istəyən rusiyalı yarışmaçılar BOK-un ciddi meyarları ilə üzləşəcək. Dopinqə görə qadağa qoyulmuş istənilən rusiyalı idmançı gələn ay oyunlarda iştirak edə bilməyəcək.

Dünya Anti-Dopinqə Agentliyin (Wada) prezidenti ser Craig Reedie bildirib ki, cənab McLarendən bu işi araşdırmasını istəyən BOK bundan əvvəl "bütün idmançılara oyunlara qatılmağa qadağa qoymaq" istəyirdi.
Qurum onu da bildirib ki, dopinq qalmaqalını açıqlayan Yuliya Stepanovaya da neytral idmançı kimi Rio-2016-da iştiraka izn verməyəcək.


Müəllif:

Oxşar xəbərlər