31 İyul 2016 11:47
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Hindistanın Maxaraştra əyalətindəki Bxivandi şəhərində üçmərtəbəli bina çöküb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 5 nəfər ölüb, onlarla insan dağıntı altında qalıb.

Bina qəzalı vəziyyətdə olub və hakimiyyət orqanları sakinlərə binanın yaşayış üçün təhlükəli olduğu barədə öncədən xəbərdarlıq edib. Binada 7 ailə yaşayıb. Ən azı 30 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hazırda xilasetmə əməliyyatı aparılır.


Müəllif: