6 Avqust 2016 16:13
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ilk dəfə olaraq bir polis əməkdaşı terrora dəstəkdə ittiham edilir.

Teleqraf.com "Azərtac"a istinadla bildirir ki, paytaxt Vaşinqtonda metroda polis məmuru işləyən 36 yaşlı Nikolas Yanqın İŞİD-ə maddi dəstək göstərməyə cəhd etdiyi bildirilib.

Federal İstintaq Bürosunun (FBI) nümayəndəsi Endryu Ames Nikolas Yanqın terrora görə mühakimə ediləcək ilk polis məmuru olacağını qeyd edib.

İttiham edilən polis məmurunun vəkili Coşua Stueve isə müvəkkilinin metro sistemi üçün hər hansı təhdid yaratmadığını söyləyib.

FBI İŞİD-ə yardım etməyə çalışan Yanqın terror cinayətlərində ittiham edilən iki nəfərlə yaxın əlaqədə olduğunu da bildirib. O, 2010-cu ildən bəri FBI tərəfindən izlənilib. 2011-ci ildə iki dəfə Liviyaya gedən Yanqın orada Müəmmər Qəddafini devirən üsyançılara qoşulduğu da qeyd edilib.


Müəllif:

Oxşar xəbərlər