6 Avqust 2016 16:55
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin, Pakistan, Əfaqanıstan və Tacikstan silahlı separatçılara qarşı yeni bir terrorla mübarizə ittifaqı yaratmağa hazırlaşır.

Teleqraf.com-un məlumatına görə, bu barədə BBC radiosunun Özbəkistan xidməti məlumat yayıb.

Radio bu birliyə Özbəkistan, Türkmənistan və İranın dəvət edilməməsini təəccüb doğuran element kimi şərh edib. Eyni zamanda Çinin strateji ortağı olan və hazırda Əfqanıstandakı vəziyyətdən narahatlıq keçirən Rusiyanın da ittifaqdan kənar qalması diqqəti çəkir.

Çin və Tacikstan bu regionun ən nüfuzlu təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvüdür. Pakistan və Əfqanıstanın isə ŞƏT-də müşahidəçi statusu var.

Mahir


Müəllif:

Oxşar xəbərlər