10 Avqust 2016 10:37
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri şəhərində 15 iyul hərbi çevrilişinə dəstək verməkdə şübhəli bilinən şəxslərə qarşı keçirilən əməliyyat nəticəsində 112 iş adamının ev və ofislərində axtarış aparılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, onların arasında hakim Ədalət və İnkişaf Partiyasının Kayseri əyalət təşkilatının keçmiş sədri və yerli ticarət palatasının başçısı da var.

Xəbərə əsasən, eyni vaxtda keçirilən əməliyyatda 400 polis iştirak edib.


Müəllif:

Oxşar xəbərlər