11 Avqust 2016 13:56
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə nə Avropa Birliyi ilə dialoqu kəsmək, nə də NATO-dan imtina etmək fikrindədir, ancaq heç kəsin xarici siyasəti diqtə etməsinə də imkan verməyəcək".

Teleqraf.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu sözləri Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib.

Səfir bildirib ki, Türkiyə müstəqil xarici siyasət yürüdür və bütün tərəflərlə əməkdaşlıqda maraqlıdır.

Avropa Birliyi ilə münasibətlərdən söz açan diplomat deyib ki, Türkiyə birliyə üzv olmağa can atır: "Ancaq bu o demək deyil ki, bütün gücü bu məqsədə yönəldəcəyik".

Mahir


Müəllif:

Oxşar xəbərlər