13 Avqust 2016 20:37
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də İrəvanda polis alayının binasına hücum etmiş silahlı qrupla atışma zamanı ağır yaralanmış polis baş giziri Qaqik Mkrtçyan bu gün xəstəxanada ölüb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Qaqik Mkrtçyan atışma zamanı yuxarı ətrafı, döş qəfəsi və qarın nahiyəsindən güllə yaraları alıb, dörd dəfə əməliyyat olunub.

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. İndiyə qədər atışma nəticəsində 2 polis əməkdaşı öldürülüb. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Silahlı qrup iyulun 31-də müqaviməti dayandıraraq polisə təslim olub.


Müəllif:

Oxşar xəbərlər