22 Avqust 2016 14:44
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya İrandakı Həmədan hərbi aviabazasından istifadəni dayandırıb”.

Teleqraf.com İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Hasemi keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiyanın İranda hərbi bazası yoxdur, Rusiya burda baza yaratmır. Rus hərbi təyyarələri əməliyyat həyata keçirirdilər və o hal-hazırda yekunlaşıb”.

Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin Həmədandakı aviabazadan istifadə etdikləri avqustun 16-da açıqlanmışdı. Bu hal ABŞ-ın etirazına səbəb olmuşdu.

Səxavət


Müəllif: