24 Avqust 2016 19:16
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusu Suriyada bu gün səhər saatlarından başlatdığı hərbi əməliyyatlarda tarixdə "Turan döyüşü" və "Aypara taktikası" kimi adlanan hərbi manevrlərdən istifadə edib.

Bu manevrin mahiyyəti ondan ibarətdir ki, daha az qüvvə öndə gedir. Düşmən onların sayının az olduğunu görüb hücuma keçir və arxada daha böyük qüvvənin zərbəsilə üz-üzə gəlir və beləliklə çoxlu itki verir. Bu taktikadan tarixdə əsasən Çingiz xan istifadə edib və böyük uğurlar qazanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Cerablus bölgəsi tamamilə İŞİD-dən geri alınıb. Əməliyyatlar hələ də davam edir.


Müəllif:

Oxşar xəbərlər