Türkiyədə antiterror əməliyyatları davam edir.
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin İraqla sərhədində yerləşən Hakkari rayonunun Şəmdinli qəsəbəsinin Derecik bölgəsində PKK terrorçuları əsgərlərə atəş açıblar.
Açılan atəş nəticəsində 1 əsgər yaralanıb. Aparılan əməliyyat nəticəsində 10 PKK terrorçusu məhv edilib. Hakkari valisi Cüneyit Orhan Toprak çoxlu sayda hərbi birliklərin cəlb edildiyini əməliyyatın davam etdiyini açıqlayıb.