“Kalaşnikov” konserni yeni əl pulemyotu istehsal edib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu konsernin baş direktoru Aleksey Krivoruçko deyib.
Onun sözlərinə görə, yeni RPK-16 silahı 5,45 millimetrlikdir: “Kütləsinə, həcminə, dəqiqliyinə və universallığına görə bu pulemyotun analoqu yoxdur. Pulemyot dəqiqədə 800-900 dəfə atəş aça bilir".