6 Sentyabr 2016 14:55
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 7-də İngiltərəyə səfəri çərçivəsində Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsinin lideri, ölkənin sabiq baş naziri Riyad Hicabla görüşəcək.

Teleqraf.com Türkiyə XİN-ə istinadla xəbər verir ki, İngiltərə xarici işlər naziri Boris Consonun ev sahibliyi etdiyi toplantıya Türkiyə, Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Almaniya, İordaniya, İtaliyadan xarici işlər nazirləri dəvətlidir.

Görüşdə Suriyada yaşanan son hadisələr müzakirə ediləcək.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər