Makedoniyanın paytaxtı Skopyenin yaxınlığında şəxsi təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar zamanı təyyarənin Almaniyaya aid olduğu aydınlaşıb.
Məlumatlara görə, Trevizodan havaya qalxan təyyarə Skopye hava limanı yaxınlığında radardan itib. Hadisənin dəqiq səbəbləri məlum deyil. Rəsmilərin bildirdiklərinə görə, qəza zamanı 6 nəfər həlak olub. Onlardan 4-ü İtaliya, 2-si Kosova vətəndaşıdır.
Samir