İsrail baş naziri Benyamin Netanyahu Fələstinin dövlət rəhbəri Mahmud Abbasla istənilən məkanda görüşməyə hazır olduğunu bəyan edib.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, İsrail baş nazirinin ofisindən yayılan yazılı açıqlamada Benyamin Netanyahunun Hollandiya baş naziri Mark Rutte ilə görüşdüyü bildirilir.
Görüşdən sonra keçirilən mətbuat konfransında Netanyahu deyib:
"Yüz dəfə demişəm, yenə təkrarlayıram. Belə bir görüşün harda keçirilməsini əhəmiyyətli bilmirəm. Hollandiyada da ola bilər, Rusiyada da. Mahmud Abbas buna hazırdırmı? Qabaqcadan heç bir şərt irəli sürülməyən istənilən görüşə mən hazıram".
İsraril-Fələstin görüşləri 2014-cü ildə dayandırılıb.
Bu yaxınlarda Mahmud Abbas iki liderin Moskvada görüşməsi ilə bağlı Rusiyadan səsləndirilən təklifi qəbul etdiyini söyləyib.
Mahir