9 Sentyabr 2016 14:10
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özbəkistan daxili və xarici siyasətində İslam Kərimovun kursunu davam etdirəcək".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ali Məclisin və Qanunvericilik Palatasının iclasında çıxış edən Özbəkistanın müvəqqəti prezidenti Şövkət Mirziyayev deyib.

Onun sözlərinə görə, Özbəkistan digər ölkələrin hərbi bazasının ölkəyə daxil olmasına imkan verməyəcək: "Ölkəmizin qətiyyətli mövqeyi hər hansı hərbi-siyasi bloka qoşulmamaq, Özbəkistan ərazisində başqa ölkələrin hərbi bazalarının və digər dövlət obyektlərinin yerləşdirilməsinə yol verməməkdir".

Mirziyayev çıxışının sonunda İslam Kərimovun ailəsinə başsağlığı verib. Diqqət çəkən məqam onun başsağlığı verdiyi zaman İslam Kərimovun böyük qızı Gülnarənin adını çəkməməsi olub.

Samir


Müəllif:

Oxşar xəbərlər