9 Sentyabr 2016 22:13
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargahı "Fərat qalxanı" əməliyyatı zamanı Suriyada türk tankının vurulduğu barədə məlumatı təsdiqləyib.

Trend Hürriyet qəzetinə istinadən xəbər verir ki, hadisə Suriyanın şimalında Tel Əl-Hava yaşayış məntəqəsində türk hərbçilərinin İŞİD silahlıları ilə toqquşma zamanı baş verib. Nəticədə üç türk əsgəri ölüb daha biri isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb.


Müəllif:

Oxşar xəbərlər