11 Sentyabr 2016 00:26
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Aralıq dənizində təxminən 2300 miqrant xilas edilib. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, xilasedicilər İtaliyanın Sahil Mühafizəsinin komandanlığı ilə 18 xüsusi əməliyyat keçiriblər. Əməliyyatlarda ispan və irland gəmiləri, habelə qeyri-hökumət təşkilatlarına məxsus 4 qayıq iştirak edib.

Məlumata görə, miqrantlar 17 rezin qayıqda və 1 katerdə imiş.


Müəllif: