15 Sentyabr 2016 11:16
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeriy Gerasimov bu gün Türkiyəyə rəsmi səfərə gedəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində o, türkiyəli həmkarı Hulusi Akarla görüşəcək. Bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı Gerasimov və Akar Suriya böhranının həlli məsələsini və ikitərəfli hərbi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Samir


Müəllif:

Oxşar xəbərlər