İndoneziyada 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Cayapura şəhərindən 71 km şimal-qərbdə yerləşib.
Sunami təhlüləsi yoxdur.
Ölən və yaralananlar barədə məlumat verilmir.