19 Sentyabr 2016 10:36
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatı və Nyu-York şəhərində iki güclü partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 29 nəfər yaralanıb.

Məlumatlara görə, ilk partlayış Nyu York şəhərinin Manhetton bölgəsində zibil qutusunun yanında qoyulmuş partlayıcının işə düşməsi nəticəsində baş verib. Hadisə zamanı 29 nəfər yaralanıb.

Digər partlayış Nyu-Cersi ştatında dəmir yolu stansiyasının ərazisində olub. Bu hadisə nəticəsində xəsarət alan olmayıb.

Polisdən verilən məlumatda bildirilib ki, hadisə yerlərinə baxış zamanı 3 şübhəli qutu aşkar edilib. Nyu-Cersidən digər ştatlara gedən bütün qatar reysləri təxirə salınıb.

Nyu-York polisinin apardığı əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.

Samir


Müəllif: