29 İyun 2014 19:21
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

BƏƏ hakimiyyəti müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında ərzaq mallarına qiymətlərin artırılmasına qadağa qoyub.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə əmirlik KİV-ləri bazar günü məlumat verir.

BƏƏ-nin iqtisadiyyat nazirliyinin bəyanatına əsasən, hətta ərzaq mallarının topdan və pərakəndə satışı zamanı ən cüzi qiymət artımı yalnız hakimiyyətin razılığı ilə həyata keçirilməlidir.

Ramazan ərzində ticarət obyektlərində yoxlamalar aparılacaq.


Müəllif: