22 Sentyabr 2016 15:17
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada tez bir zamanda iqtisadi və siyasi islahatlar keçirilməlidir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti deyib.

Bayden jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynada bu islahatlar olmasa, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər. Onun sözlərinə görə, bununla da Avropa Birliyinin əlinə bəhanə düşəcək.

Bayden, hazırda AB-nin 5 ölkəsinin Moskvaya qarşı sanksiyaların ləğv edilməsini istədiyini bildirib. Lakin o, konkret olaraq bu ölkələrin adını çəkməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər